AzEdu.az DİM-ə tez-tez ünvanlanan sualların cavablarını təqdim edir:
27-28 iyulda keçirilən imtahanların cavabları nə zaman açıqlanacaq?
DİM:Növbəti həftə elan olunacaq.
İxtisas seçimi nə zaman başlayır?
DİM: Bütün imtahanların nəticələri elan olunduqdan sonra seçim başlayacaq. İxtisas seçimi başlayana kimi xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulun nəticələri məlum olacaq.
Apelyasiyaya müraciət etmişdim cavab nə vaxt gələcək?
DİM:Qeydiyyatdan keçmisinizsə, sizinlə əlaqə saxlanılacaq.
Qeyd: Subbakalavrların ixtisas seçimi abituriyentlərlə eyni vaxtda-qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra aparılır. Tarixlər barədə əlavə məlumat veriləcək.