Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bu il universiteti ən yüksək nəticə ilə bitirən məzunla görüşüb.
AzEdu.az xəbər verir ki, rektor bu barədə öz feysbuk hesabında paylaşım edərək məzuna uğurlar arzulayıb.
Rektorun paylaşımını təqdim edirik:
“2021-ci il üzrə UNEC-i ən yüksək nəticə ilə bitirən məzunumuz Aydan Hüseynova ilə görüşdüm. Qazandığı bilik və bacarıqların yeni uğurlara vəsilə olmasını arzulayır, UNEC adını fəxrlə daşıyaraq böyük hədəflərə gedən yolda müvəffəqiyyətlər diləyirəm”.