Azedu.az

Azərbaycanlı qız Rusiyadakı qəbul imtahanlarında REKORD VURDU - FOTO  

Universitetlər

Xaricdə Təhsil

Tələbə və şagird

23 İyun 2021, 17:44
Azərbaycanlı qız Rusiyadakı qəbul imtahanlarında REKORD VURDU - FOTO  

Rusiyada qəbul imtahanlarının nəticəsi məlum olub.

 

 İmtahanlarda Azərbaycan mənşəli Rusiya abituriyentləri də fərqləniblər.


Belə ki, İrkutsk vilayətinin eyniadlı şəhərində yaşayan 17 yaşlı Mənzər Elman qızı Süleymanova rus dili və kimya üzrə qəbul imtahanlarında hər birindən 100 bal toplayaraq vilayət rekordunu təzələyib. 17 yaşlı məktəbli hazırda biologiya fənnindən verdiyi imtahanların nəticəsini gözləyir.


“Əgər biologiya üzrə də topladığım bal 100, yaxud 100-ə yaxın olarsa, sənədlərimi Moskva və ya Sankt-Peterburq şəhərindəki Tibb universitetlərindən birinə verəcəm. Ya endokrinoloq, ya da farmakoloq olmağı düşünürəm”.

 

Əslən Azərbaycandan olsa da, 20 ildir ailəsi Rusiyada yaşayan Mənzər Süleymanova rus dili üzrə rekord nəticə göstərməsini klassik ədəbiyyata olan həvəsi ilə izah edib.


“Düşünürəm ki, bacardıqca çox oxumaq lazımdı. Mən rus və xarici ədəbiyyyatı, xüsusən, Dostoyevski və Remarkı oxumağı sevirəm. Onlar dahi yazıçılardır. Boş vaxtımda əlimə kitab alıram. Yəqin ona görə də yaxşı yazıram”.(modern.az)

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox