Azedu.az

Tələbə təhsil krediti verilərkən tələbənin topladığı bal nəzərə alınacaq  

Universitetlər

Bakalavr və sınaq imtahanları

Elm və Təhsil Nazirliyi

18 İyun 2021, 11:32
Tələbə təhsil krediti verilərkən tələbənin topladığı bal nəzərə alınacaq  

Tələbə təhsil krediti verilərkən tələbənin qəbul zamanı topladığı bal nəzərə alınacaq.

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, kredit alan tələbə yaxşı oxuyarsa, ona müəyyən güzəştlər olunacaq.

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox