“Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 (altı) ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda, çağırışa möhlət hüquqlarını itirir və ümumi əsaslarla müddətli hərbi xidmətə çağırılırlar”
AzEdu.az xəbər verir ki, bu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat bir həftə müddətində ali təhsil müəssisəsinin rektoru tərəfindən onların hərbi uçotda olduqları dövlət qurumuna verilir.
Qeyd edək ki, yeni qanun layihəsində tələbələrin hansı hallarda ali təhsil müəssisələrindən xaric edilməsi məsələsinə aydınlıq gətirilib.