“DİM-də daim imtahan prosesinin, həm də onun məzmununun təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparılır. Əvvəllər I ixtisas qrupunda kimya və fizika əsas götürülən ixtisaslar vardı. Orta məktəblərdə informatika fənninin tədrisi ilə hər birimiz tanışıq”.
AzEdu.az xəbər verir ki, bunu Mediatürk tv-də yayımlanan “Bilim anı” verilişində DİM-də şöbə müdiri Natiq Əliyev səsləndirib. O, məktəblərdə inforatikanın tədrisindən də danışdı:
“ Əksər məktəblərdə komputer sinifləri var, lakin onlarım çoxu işlək vəziyyətdə deyil. İnformatika əvəzində çox vaxt riyaziyyat fənni tədris olunur. Bu səbəbdən informatika qəbul imtahanına salınmır”.