Azedu.az

Rusiyanın Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti növbəti tədris ili üçün tələbə qəbulu elan edib

Universitetlər

Xaricdə Təhsil

Elm və Təhsil Nazirliyi

5 Aprel 2021, 13:36
Rusiyanın Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti növbəti tədris ili üçün tələbə qəbulu elan edib

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır.

 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər aprelin 5-dən 9-dək tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər.

 

Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı Təhsil Nazirliyinin rəsmi saytından əldə etmək mümkündür.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox