2021 – ci ildə Azərbaycanda “Təhsil – Tələbə Krediti” sisteminin yaradılması nəzərdə tutulur.
AzEdu.az bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında məlumat verilib.
Qeyd edilib ki, bu məqsədlə 2021-ci il üçün təsdiq edilmiş dövlət büdcəsində 80 mln. manat vəsait nəzərdə tutulub.
Sistemin hüquqi təminatı üçün Təhsil Nazirliyi tərəfindən “Təhsil – Tələbə Krediti Fondu”nun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi hazırlanıb.