Daha bir şəhərdə dövlət universiteti yaradılacaq.
İmişli şəhərində ali təhsil ocağının və tələbə şəhərciyinin yaradılması məqsədi ilə aidiyyəti üzrə müraciət edilib.
AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020 - ci ilə dair hesabatında bildirilib.
Hesabatda bildirilib ki, bu təklifin həyata keçirilməsi Muğan zonasında insanların dünyagörüşü və savadlılığına böyük təsir etmiş olacaq.
Hesabatda Şəki Dövlət Universitetinin yaradılması ilə bağlı da müraciət edilmişdi.
Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.