“İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur”
AzEdu.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi paylaşım edib.
Fevralın 28-də magistraturaya I qəbul imtahanı keçirildi. Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılib.
Namizədləri ən çox maraqlandıran sual isə imtahan nəticələrinin nə vaxt açıqlanması ilə bağlıdır.
“Martın 1-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, imtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.