Azedu.az

UNEC-də magistrantlar üçün təlimlər  

Universitetlər

Magistratura

Tələbələr

24 Fevral 2021, 16:37
UNEC-də magistrantlar üçün təlimlər  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq magistratura və doktorantura mərkəzinin təşkilatçılığı ilə magistrantlar üçün ödənişsiz olaraq SPSS (Sosial elmlər üçün statistik paket - Statistical Package for Social Seciences) təlimləri keçirilir.

UNEC-dən bildirilib ki, SPSS elmi-tədqiqat institutları, akademik təşkilatlar, tədqiqatçılar üçün nəzərdə tutulan və beynəlxalq səviyyədə tanınan statistika və data analitikası proqram təminatıdır. Təlim bu sahədə peşəkar mütəxəssis, UNEC-in İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Şahin Əkbərov tərəfindən aparılır. İlk təlimdə yerli tələbələrlə yanaşı, əcnəbilər də iştirak edib.

“Zoom” platforması üzərindən təşkil olunan təlimin həftədə bir dəfə 2 saat olmaqla, ümumilikdə 15 saat tədris edilməsi nəzərdə tutulur. Təlimdə nəzərdə tutulan mövzular əsasında tələbələrə proqramla bağlı geniş məlumatlar verilir, iştirakçıların sualları cavablandırılır.

Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ
Son xəbərlərDaha çox