2021/2022-ci tədris ili üzrə UNEC-in bütün ixtisaslarında təhsil alan I kurs magistr tələbələri üçün Montpellier Universitetinin ikili diplom proqramına qəbul başlayır.
AzEdu.az xəbər verir ki, proqrama qəbul olan UNEC-in magistrləri 2-ci kursun yaz semestrində Montpellier Universitetində təhsil alacaqlar. Kursun sonunda tələb olunan kreditləri qazanan magistrlər UNEC-ə qayıdaraq təhsillərini davam edəcəklər. Məzunlar həm UNEC, həm də Montpellier Universitetinin magistr diplomlarını əldə edəcəklər.
Qəbul şərtləri:
Tədris dili - İngilis dili
Təhsil haqqı – 4057 avro
Qeydiyyat haqqı – yoxdur
Son müraciət tarixi - 05 mart 2021-ci il
Sənədlər bir faylda (pdf formatinda) aşağıdakı ardıcılıqla təqdim olunmalıdır:
Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün əlaqə:
Afət Ələkbərova
UNEC, Beynəlxalq Əməkdaşlıq Departmenti
E-mail: mailto%[email protected]";" data-mce-href="https:[email protected]
Tel.: (012) 492 18 82