“Təhsil Naziri Emin Əmrullayev artıq universitetlərlə bağlı 2-ci toplantıdır ki, keçirir. Bu toplantıya görə təşkilatçılara təşəkkürümü bildirirəm”.
AzEdu.az xəbər verir ki, bu fikirləri UNEC-in rektoru, professor Ədalət Muradov İctimai Şura və “Azedu Academy”-nin birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda virtual müzakirədə çıxışı zamanı deyib. O, XXI əsrin univeristetlərinin çatışmalıqlarından da danışdı:
“XXI əsrdə müasir bilik və vərdişlər tamam dəyişib. Univeristetlər artıq bilik yox, məlumat ötürücüsə çevirilir. ABŞ-da məşhur univeristetlər belə mütəxəsissləri ixrac etmək əvəzinə geridə qalan universitetlərdən kadr istəyir”.