Azedu.az

UNEC-də möhtəşəm “Məzun günü” – Avropa universitetlərindəki təmtaraqı xatırladan fotolar

Universitetlər

Müəllimlər və elm adamları

Reportaj

28 İyun 2018, 22:41
UNEC-də möhtəşəm “Məzun günü” – Avropa universitetlərindəki təmtaraqı xatırladan fotolar

 

 

İyunun 28-də UNEC-də çox maraqlı  proqramla müşahidə olunan “Məzun Günü” keçirilib.

AzEdu.az  xəbər verir ki, “İnter Arena” stadionunda təşkil olunan  tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri və UNEC-in fəxri məzunları da iştirak ediblər.

 Tədbirdə iştirak etmək üçün Fransanın Montpellier Universitetinin rəsmiləri də Azərbaycana təşrif buyurublar. Onlar UNEC-in Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının ilk məzunlarını təbrik ediblər.

“Məzun Günü”nün aparıcısı  Azərbaycanın xalq artisti Murad Dadaşov olub. Aparıcının giriş nitqindən sonra UNEC-in rektoru, professor Ədalət Muradov çıxış edərək, qonaqları salamlayıb, məzunları təbrik edib.

Qeyd edək ki, bu il universiteti ümumilikdə, 3468 məzun bitirib. Onların  2770-I  bakalavr,  698-i isə  magistr pilləsi üzrə təhsillərini başa vurublar.   226  məzun isə UNEC-lə fərqlənmə diplomu ilə vidalaşıblar.

Rəsmilər və fakültə nümayəndələrinin çıxışından sonra, məzunların  mükafatlandırılması baş tutub. Hər fakültə üzrə təhsil uğurlarına görə seçilən tələbələr xüsusi mükafata layiq görülüblər.

Tədbirdə tələbələri məzun olmaları münasibətilə əməkdar artist Röya Ayxan da  təbrik edib. Eyni zamanda populyar ifaçı Rauf (-40) və DJ Chına öz “remix”ləri ilə açıq havada keçirilən “Məzun Günü”nə rəng qatıblar.

 

 

 

 

 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox