Tələbələrin bir universitetdən, yaxud ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir.
Bəs köçürülmə prosesi zamanı hansı sənədlər lazımdır?
AzEdu.az tələbələrin köçürülməsi üçün lazım olan sənədləri təqdim edir:
-Tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd - akademik transkript (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş);
- Təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənəd (xarici pasport);
- Ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün);
- Köçürülmə səbəblərini təsdiq edən sənəd (xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən);
- Beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, IELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün);
- Təhsil haqqı borcunun olmamasına dair arayış.
Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir. Tələbə saytda yalnız bir dəfə qeydiyyatdan keçə bilər.
Əlavə olaraq bildirək ki, bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Lakin dövlət sifarişi əsasında təhsilalanlar eyni ixtisas üzrə köçürülərsə o zaman ödənişsiz əsaslarla təhsillərinə davam edirlər.