Azedu.az

Coğrafiya fənni III qrupa  salınacaq? - RƏSMİ CAVAB  

3 Yanvar 2021, 11:47
Coğrafiya fənni III qrupa  salınacaq? - RƏSMİ CAVAB  

 

III ixtisas qrupuna coğrafiya fənninin salınması nəzərdə tutulmur.

 

AzEdu.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi rəsmi feybuq hesabına gələn sualları cavablandırarkən bildirib.

 

SUAL: 2021-ci il qəbul imtahanlarında III ixtisas qrupuna coğrafiya salınacaq?

 

CAVAB: 2021-ci il qəbul imtahanlarında III ixtisas qrupuna coğrafiya fənninin artırılması nəzərdə tutulmur.

 

Xatırladaq ki, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə hazırladığı qərar layihəsi müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.

 

Bu layihədən sonra II və III ixtisas qruplarında fənlərdə dəyişiklik edilməsilə bağlı abituriyentlərdə narahatlıq yaranıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox