Azedu.az

Universitetlərdə sessiya imtahanları nə zaman başa çatacaq? – Tələbələrin diqqətinə

27 İyun 2018, 12:16
Universitetlərdə sessiya imtahanları nə zaman başa çatacaq? – Tələbələrin diqqətinə

Universitetlərin əksəriyyətində yay sessiya imtahanları iyun ayının əvvəlindən start götürür.

AzEdu.az Azərbaycanın ali təhsil müəssisələrində yay imtahan sessiyası tarixlərini öyrənib.

Bakı Dövlət Universitetində iyunun 4-dən  etibarən yay imtahan sessiyası start götürüb və ayın 30-da yekunlaşacaq.

Azərbaycan Tibb Universitetində sessiya imtahanları mayın 11-də başlayıb və iyul ayının 5-i bitəcək. Üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyənlər isə iyulun 6, 7 və 9-da imtahan verəcəklər.

Azərbaycan Dillər Universitetində  imtahanlar 1 iyun tarixindən başlayıb və iyulun 7-də başa çatacaq.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə yay imtahan sessiyası mayın 29-dan başalayıb və iyulun 4-ü yekunlaşacaq.

Azərbaycan Dövlət İqtisad Universitetində  imtahanlar 1 iyundan başlayaraq 2 iyula qədər davam edəcək.

Azərbaycan Texniki Universitetində imtahanlar mayın 29-da  başlayıb və iyulun 6-na qədər davam edəcək.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox