Son 5 ildə ( 2013-2017) 55 nəfər abituriyent qəbul imtahanlarında 700 bal toplayıb.
AzEdu.az illər üzrə 700 bal toplayan tələbələrə təqdim edir:
2013-cü il - 4 nəfər III qrup, 2 nəfər IV qrup;
2014-cü il – 5 nəfər I qrup, 2 nəfər II qrup, 2 nəfər IV qrup;
2015-ci il – 7 nəfər I qrup, 3 nəfər II qrup, 3 nəfər III qrup, 2 nəfər IV qrup;
2016-cı il – 3 nəfər I qrup, 2 nəfər II qrup, 2 nəfər III qrup, 3 nəfər IV qrup;
2017-ci il - 7 nəfər I qrup, 2 nəfər II qrup, 3 nəfər III qrup, 3 nəfər IV qrup;
Prezident təqaüdü almaq imkanı qazanan abituriyentlər tərəfindən ən çox seçilən universitetlər Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası olub.
Qeyd edək ki, 2017/2018-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarında ümumilikdə 15 abituriyent 700 bal toplayıb. Bundan başqa hər il 102 nəfər abituriyent prezident təqaüdü almaq imkanı qazanır.