Azedu.az

UNEC-də yeniliklər tətbiq olunur  

Universitetlər

Müəllimlər və elm adamları

Tələbə və şagird

18 Sentyabr 2020, 16:33
UNEC-də yeniliklər tətbiq olunur  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeniliklər tətbiq olunur.

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, ingilis dilinin tədrisi beynəlxalq standartlar əsasında təşkil edilir. İngilis dili kursları 4 semestr təşkil olunur. Fənlər beynəlxalq standartlara uyğun olaraq A1, A2, B1 və B2 səviyyəyə bölünür. Tələbələr “placement” (yerləşdirmə) testindən keçirilərək bilik səviyyələrinə görə qruplara ayrılır.

 

Birinci kurs tələbələrinin qruplar üzrə yerləşdirilməsində də yeniliklər tətbiq olunub. Eyni ixtisasa yeni qəbul olan tələbələr digər fənlər üzrə qruplara Dövlət İmtahan Mərkəzinin imtahanlarında topladıqları ballara uyğun yerləşdirilir.

 

Ermənistan ordusu döyüş mövqelərində minaatanlar yerləşdirib
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox