Harvard Universitetinin tələbəsi məzun gününə 6-cı sinif müəlliməsini dəvət edib.
Harvard məzunu Kristin Gilmerin 1997-ci ildə aldığı yekun qiymət cədvəlinə, altıncı sinif müəlliməsi Judit Toensinq , - “Sənin kimi bir şagirdimin olması mənim üçün böyük fəxrdir. Belə də davam et! Harvarddakı məzun gecənə isə uyğun bilsən, məni də dəvət edərsən”, -deyə qeyd yazıb.
AzEdu.az Xarici KİV-ə istinadən xəbər verir ki, Kristin bu qeydi 21 il saxlayaraq sonunda ondan istəniləni edib.
Belə ki, gənc məzun müəlliməsi Toen Sinqi Harvarddakı məzun gününə çağırıb.
Qeyd edək ki, bunu təkcə Kristin etməyib. Onun özünə yaxın bildiyi müəllimlərinə yazdığı təşəkkür məktubunu görən Harvard Universitetinin rektoru Kristinin məktubunun müəllimlərə çatmasında böyük rol oynayıb.
Gənc məzun mətbuata açıqlaması zamanı qeyd edib ki, altıncı sinif müəlliminin məzun gecəsinə qatılmasının onun üçün nə dərəcədə həyəxanlı olmasından danışıb:
“Lakin ən sevindirici və inanılmaz olanı isə Harvardın, tələbələrinə xəyallarını reallaşdırma fürsəti verərək sevdiyimiz müəllim və pedaqoqların bu mərasimdə iştirakını təmin etməsidir. Bu sürpriz üçün “Harvard”a sonsuza qədər minəttar olacam”.