UNEC-Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi –BDMD, magistratura və doktorantura ixtisaslaşmalarına qəbul olunacaq bakalavrlar üçün xüsusi imkanlar təqdim edir:
- Həftə ərzində üç gün (bazar ertəsi, çərşənbə axşamı və çərşənbə) saat 18:40 - da başlayan dərslər;
- Dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almış və iş dünyasının öndə gedən mütəxəssislərindən ibarət akademik heyət;
- Beynəlxalq təcrübəyə əsaslanan tədqiqat və dörd dildə təhsil mühiti;
- Dövlət və özəl sektorun müxtəlif qurumlarında karyera perspektivləri
Və bunun kimi bir çox imkanlardan və üstünlüklərdən faydalanmaq istəyirsinizsə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) sizin yolunuzu gözləyir.
AzEdu.az xəbər verir ki, mərkəzdə sadəcə aşağıda qeyd olunan 26 - cı proqram ixtisasları üzrə qəbul aparılır.