Azedu.az

Qəbul planına işəgötürənlərin tələblərinə uyğun ixtisaslar salınmalıdır

Universitetlər

Bakalavr və sınaq imtahanları

Elm və Təhsil Nazirliyi

14 May 2020, 13:26
Qəbul planına işəgötürənlərin tələblərinə uyğun ixtisaslar salınmalıdır

Peşə təhsilinin inkişafı özəl sektorun iştirakı olmadan mümkün deyil. Çünki peşə təhsili müəssisələri işəgötürənlər üçün kadr hazırlığı ilə məşğuldur.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsi məqsədilə təşkil etdiyi vebinarda qurumun Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov deyib. O bildirib ki, peşə təhsili müəssisələri üçün ixtisaslar müəyyənləşdirilərkən işəgötürənlərin fikirləri nəzərə alınmalıdır. Qəbul planına işəgötürənlərin tələblərinə uyğun kadr hazırlayan ixtisaslar salınmalıdır.

 

Xatırladaq ki, vebinar Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” və “YouTube” səhifələrində yayımlanır.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox