İstanbul Universiteti uşaqlar üçün qeydiyyatı açıq elan edib.
AzEdu.az xarici mediaya istinadən məlumat verir ki, yazar, filosof, stomatoloq, həkim olmaq istəyən azyaşlılar üçün qeydiyyat davam edir.
Ali təhsil müəssisəsinin reallaşdırdığı proqram Uşaq Universiteti adlanır. Universitetdə hər sinif üçün fərqli proqram istifadə olunur. Layihəyə müxtəlif lisey və məktəblərdən şagirdlər müraciət ediblər. Son qeydiyyat tarixi isə 23 iyundur. 18-23 iyun tarixlərini əhatə edən proqram şəhid və qazi övladları üçün ödənişsizdir.