Yunus Əmrə İnstitutu 2018-ci ilin ikinci TYS (TürkcəYetərlik Sınavı)imtahanının nəticələrini açıqlayıb.
AzEdu.az xəbər verir ki, 657 namizədin iştirak etdiyi imtahanda müvəffəqiyyət göstəricisi 70%-ə çatıb. Uğurlu olan 468 namizəddən 116-nə B2, 312-nə C1 , 40 namizədə isə C2 səviyyəsində Türkcə Yetərlik Sənədi qazanıb. Türkcə Yetərlik Sənədinə sahib olanlar Türkiyədə hər hansı bir universitetdə təhsil almaq hüququ qazananda türkcə hazırlıq sinfi oxumadan birbaşa təhsillərinə başlayır.
TYS sənədi həmçinin beynəlxalq şirkətlərdə işləmək , türkcə bələdçilik və tərcüməçilik etmək istəyənlərə, ya da xaricdə türkcə dərs demək istəyən müəllim namizədlərinə də iş müraciətlərində lazım olur.
Yabancı Öğrənci Sınağına (YÖS) qatılan və Türkiyədəki universitetlərə daxil olma şansı qazanan əcnəbi tələbələr TYS-ə maraq göstərirlər. Türkiyədə təhsil almaq istəyən və YÖS imtahanında uğurlu olan azərbaycanlı tələbələrin də TYS-ə marağı böyükdür. Bakıda TYS imtahanlarına girən namizədlərin 70%-i17-18 yaşlardakı məktəb məzunlarıdır. Bakıdan sonra iştirakçı sayına görə 97 nəfərlə ikinci yerdə Ankara şəhəri olub. Növbəti sıralarda isə Saraybosna, Kiyev, Tehran, Moqadişo, Priştina şəhərləridir.
Qeyd edək ki, növbəti TYS imtahanı iyul ayında olacaq. İldə üç dəfə keçirilən imtahanın 2019-ci ildə də yanvar, may və avqust aylarında keçirilməsi planlaşdırılır. Təxminən 1 ay əvvəl qeydiyyatı başlayan imtahanın nəticələri 20 gün ərzində açıqlanacaq.