Erasmus+ platforması virtual mübadilə təliminə başlayır.
AzEdu.az xəbər verir ki, virtual mübadilə təlimləri 13 sentyabrdan 24 oktyabra qədər keçiriləcək.
Bu təlim transmilli Erasmus+ Virtual Mübadilə layihələrinin ilk pilləsidir.
Layihə gənc nəslin innovativ fikirləri üzərində qurulub. Təlimin məqsədi isə gəncləri virtual mübadilə ilə tanış edərək qlobal problemlərin həllərini araşdırmaqdır.
Təlimin müddəti: 6 həftə
İştirakçıların sayı: maksimum 100 nəfər
Yer: Belçika
Yaş: 18 yaş və yuxarı
Təlimdə müzakirə ediləcək mövzular:
- Erasmus+ Virtual Mübadilə nədir;
- Rəqəmsal savadlılıq;
- VE-də problemlər;
- Virtual fəaliyyət üçün vasitələr;
Qeyd edək ki, təlimdə iştirak etmək üçün həmin sahə üzrə təcrübənin olması tələb olunmur.