Məlum olduğu kimi, 2020-ci ildə keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanında xarici dil üzrə test blokunda ötənilki imtahanda olduğu kimi imtahan iştirakçılarının xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq.
AzEdu.az xəbər verir ki, DİM xarici dil fənnləri üzrə audimaterialları sayta yerləşdirib. Onlara aid test tapşırıqları isə “Magistr” jurnalının 2020-ci il tarixli 2-ci sayında təqdim olunub. Audiofayllara qulaq asdıqdan sonra hər bir xarici dil bloku üzrə dinləmə mətninə (dialoqa) aid 1 ‑ 5 saylı tapşırıqları cavablandıra bilərsiniz.
Aşağıda xarici dillər üzrə audiomaterial nümunələrini sizə təqdim edirik. Keçidləri klikləməklə məlumata daxil ola bilərsiniz.