"Dövlət sifarişli tələbələrin sayında 66 faiz artım müşahidə olunub".
AzEdu.az-ın xəbərinə görə bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 12 300-dən 20 500-ə çatıdırılıb:
"Təqaüdlərin məbləği isə 20 faizə qədər artıb. Təqaüd alan tələbələrin sayı son 5 ildə 21 faizə qədər çoxalıb".
Nazirin sözlərinə görə, qarşıya belə məqsəd qoyulub ki, ali məktəblərdə təhsil alan tələbələrin ən azı 50 faizi təqaüd alsın:
"Ali təhsil alan tələbələrin sayında 21 faizə yaxın artım olub. 2019-cu ildə nəzərdə tutulan 84 məktəbdən 43-ü tədris ili başlamadan öncə təhvil verilib. Yerdə qalan məktəblər bu aylarda təhvil veriləcək".