Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) 2019-2020-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsində 8 fakültə, 22 ixtisas üzrə 2298 tələbə qəbul edilib. AzEdu.az bildirir ki, ADPU-da 1442 tələbə dövlət sifarişi, 856 tələbə isə ödənişli əsaslarla oxuyur.
Həmçinin yeni tədris ilində ADPU-nun filiallarına 833 tələbə daxil olub. Universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə 7 ixtisas üzrə 1055 tələbə qəbul edilib. Beləliklə, ADPU-ya filiallar və kolleclə birlikdə 4186 nəfər tələbə qəbul edilib. (AZƏRTAC)