Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi qış və yay tətili dövründə həyata keçirilir.
Bu barədə Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib.
Yay tətili dövründə keçirilən müsabiqə artıq yekunlaşıb.
Növbəti köçürülmə prosesi qış tətili dövründə, semestrin sonunda həyata keçiriləcək.
Qeyd edək ki, yay tətili dövründə baş tutan köçürülmə prosesi üçün ümumilikdə 1 535 nəfər müraciət edib. Onlardan 1 193 nəfərin müraciəti müsbət cavablandırılıb.