Türkiyədə azərbaycanlı tələbələr qəzaya düşüb.
AzEdu.az xəbər verir ki, hadisə Kahramanmaraş-Kayseri magistralında baş verib.
Dörd azərbaycanlı tələbə kirayə götürdükləri avtomobillə yol-nəqliyyat hadisəsi törədib. Hadisə zamanı tələbələrdən üçü yaralanıb. Məlumatlara görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.(oxu.az)