Azedu.az

Gürcüstanda təhsil alanların nəzərinə: Qəbul olunan və olunmayan apostil nümunəsi

Universitetlər

Xaricdə Təhsil

6 İyul 2019, 11:30
Gürcüstanda təhsil alanların nəzərinə: Qəbul olunan və olunmayan apostil nümunəsi

Xarici ali təhsil ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi fəaliyyət göstərir.

Statistikaya əsasən, Azərbaycan vətəndaşlarının təhsil almaq üçün daha çox üz tutduqları ölkələrdən biri də Gürcüstandır.

Xarici ali təhsil ixtisaslarının tanınması üçün məzunlar nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etməlidirlər. Müraciət zamanı yaranan problemlərdən biri də təqdim olunan apostil nümunəsinin keçərli olmamasıdır. 

Bəs qəbul olunan apostil nümunəsi almaq üçün nə etmək lazımdır?

- Gürcüstanda təhsil sənədlərinin [diplom və ona əlavənin] apostil möhürü/sertifikatı ilə leqallaşdırılması proseduru Təhsil və Elm Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsilin Keyfiyyətinin Yüksəldilməsi üzrə Milli Mərkəz tərəfindən həyata keçirilir. Bu barədə ətraflı məlumat əldə etmək üçün təhsil aldığınız ali təhsil müəssisəsinin özünə müraciət etməyiniz tövsiyə olunur.

İlkin olaraq, ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya-Leqallaşdırma” bölməsi vasitəsilə Haaqa Konvensiyasına uyğun olaraq, apostil möhürü/sertifikatı ilə leqallaşdırılmaya qoyulan tələblərlə tanış olmalısınız.

Göstərilmiş tələblərə uyğun olmayan apostil nümunələri qəbul olunmur. 

AzEdu.az qəbul olunan (1) və qəbul olunmayan (2) apostil nümunəsini təqdim edir:



 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox