Azedu.az

“Abituriyent” jurnalının subbakalavrlar üçün xüsusi buraxılışı çap olunacaq  

Universitetlər

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

13 İyun 2019, 14:20
“Abituriyent” jurnalının subbakalavrlar üçün xüsusi buraxılışı çap olunacaq  

Subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, iyunun 13-dən ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayıb.

Ərizələrin qəbulu iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən  27-dək ) davam edəcək.

İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Xatırladaq ki, ərizə qəbulu ilə bağlı ətraflı məlumat almaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: //dim.gov.az/news/3727/

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox