Azedu.az

Bu universitetə yüksək balla qəbul olunanlara xüsusi təqaüd verilir

Universitetlər

10 İyun 2019, 12:48
Bu universitetə yüksək balla qəbul olunanlara xüsusi təqaüd verilir

Sosial şəbəkələrdə Azərbaycan Texnologiya Universitetinə yüksək balla qəbul olunan tələbələrə xüsusi təqaüdün verilməsiylə bağlı məlumatlar paylaşılıb.

Yayılan məlumatlara əsasən, Azərbaycan Texnologiya Universitetinə 650-700 balla qəbul olunacaq tələbələrə əlavə 200 manat rektor təqaüdünün veriləcəyi qeyd edilib.

Məsələni dəqiqləşdirmək üçün sözügedən ali təhsil müəssisəsi ilə əlaqə saxladıq. Universitetin mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova AzEdu.az-a açıqlamasında bildirib ki, rektor təqaüdü yüksək bal toplayan tələbələrə hər il verilir:

"Azərbaycan Texnologiya Universitetinə 650-dən yüksək balla qəbul olunan tələbələrə hər il 200 manat məbləğində rektor təqaüdü verilir. Bu xəbər yeni deyil və illərdir, tətbiq olunur. Bundan sonraki illər ərizində də yüksək balla ali məktəbə daxil olan tələbələr həmin təqaüddən yararlana biləcəklər".

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox