Azedu.az

DİM buraxılış imtahanında xüsusi təhlükəsizlik texnikasından yararlanacaq -2 iyun sınağı  

Universitetlər

31 May 2019, 11:13
DİM buraxılış imtahanında xüsusi təhlükəsizlik texnikasından yararlanacaq -2 iyun sınağı  

İyunun 2-də IX sinif şagirdləri üçün buraxılış imtahanlarının II mərhələsi keçiriləcək. 

İmtahana giriş zamanı iştirakçıların şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzüntanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. 

Bu barədə Dövlət İmtahan Mərkəzi AzEdu.az-a bildiriblər. 

Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Qeyd edək ki, texnologiya bəzi imtahan binalarında quraşdırılacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox