Azedu.az

Gələn il tələbələrin 50 faizinə təqaüd veriləcək - Nazir müavini 

3 May 2019, 16:55
Gələn il tələbələrin 50 faizinə təqaüd veriləcək - Nazir müavini 

“Hazırda tələbə təqaüdləri ilə bağlı son müzakirələr gedir”

AzEdu.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, növbəti tədris ilindən tələbələrə təhsil haqqının kredit formasında verilməsi formalaşdırılacaq:

“Bildiyimiz kimi, bu ilin əvvəlindən ölkə Prezidentinin tələbə təqaüdlərinin artırılması, təqaüd yerlərinin sayı və təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncam və fərmanları olub. Orada mütləq qaydada belə bir kriteriya var ki, təhsil alan tələbələrin 50 faizinə mütləq qaydada tələbə təqaüdləri veriləcək”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox