Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir.
AzEdu.az xəbər verir ki, rezidenturaya qəbul imtahanı Bakı şəhərində 3 binada, Naxçıvan şəhərində isə 1 binada keçiriləcək.
İmtahan 2 saat 30 dəqiqə davam edəcəkdir.
İmtahanın idarə olunmasına 9 imtahan rəhbəri, 86 nəzarətçi-müəllim cəlb olunub.
Qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 14-dən 28-dək aparılıb. İmtahanda iştirak etmək üçün 930 namizəd ərizə təqdim edib. Onlardan 798 nəfər Azərbaycan, 132 nəfər isə rus bölməsi üzrə imtahan verəcəkdir.