Azedu.az

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat və imtahanların vaxtı açıqlandı  

Universitetlər

Bakalavr və sınaq imtahanları

Buraxılış İmtahanları

12 Fevral 2019, 14:50
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat və imtahanların vaxtı açıqlandı  

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat V qrup üzrə (bədən tərbiyəsi ixtisası) iyunun 24-dən 28-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, V qrup üzrə bədən tərbiyəsi ixtisası istisna olmaqla qeydiyyat iyunun 24–dən başlanacaq və iyulun 3-dək davam edəcək.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları I qrup üzrə iyulun 12-dən 17-dək, V qrup üzrə (bədən tərbiyəsi ixtisası) iyulun 1-dən 7-dək, V qrup üzrə (bədən tərbiyəsi ixtisası istisna olmaqla) iyulun 7-dən avqustun 2-dək keçiriləcək.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox