Milli Məclisin yaz sessiyası ərzində “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupun yaradılması nəzərdə tutulur.
AzEdu.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, yaz sessiyası ərzində “Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəsi də nəzərdə tutulur: “Fevral-mart ayında “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşdan keçsə, 3-cü oxunuş apreldə baş verə bilər. Apreldə isə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün iş qrup yaradacağıq”.
Komitə sədri əlavə edib ki, sosial müdafiəyə ehtiyacı olan tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı müraciətləri qanunvericliyə uyğun şəkildə müsbət həll edilib.