Azedu.az

\"2007-2015 Dövlət Proqramı\" məzununun təlimi  

14 Yanvar 2021, 09:50
\

 

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə təlimlər keçirilir.

 

AzEdu.az-ın məlumatına görə, 15 yanvar saat 17:00-da baş tutacaq təlim proqramı “Marketinqin əsasları” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Koreya Respublikasının “Korea Advanced Institute of Science and Technology”( KAIST) universitetinin bakalavriat səviyyəsi üzrə məzunu Səyyarə Hüseynovadır.

 

Təlimdə iştirak etmək üçün müvafiq link vasitəsilə //bit.ly/2LKuyXY  qeydiyyatdan keçmək mümkündür.

 

Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

 

 

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox