Son günlər sosial şəbəkə hesablarında "TələbəPlus"kartlarının ictimai nəqliyyatda yalnız 1 gediş haqqının pulsuz olması ilə bağlı xəbər paylaşılır.
Maraqlıdır, xəbər nə dərəcədə həqiqəti əks etdirir?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Təhsilin İnkişafı Fondu (TİF) ilə əlaqə saxlayıb.
TİF-in mətbuat katibi Könül Abdulrəşidova qeyd edib ki, "TələbəPlus" kartı daha çox bank kartı kimi istifadə edilir:
"Lakin həm metroda, həm də avtobuslarda elə bir texnika yoxdur ki, bank kartlarından istifadə edilsin. Ona görə də bu xəbər təbii ki, həqiqəti əks etdirmir. Amma bunun üzərində işlənilir. Bu mexanizm avtobuslara inteqrasiya edildikdən sonra həmin "TələbəPlus" kartı avtomatik olaraq nəqliyyatda da keçərli olacaq. O ki, qaldı endirim məsələsinə isə bu Tarif Şurasından asılıdır. Bu nə AYNA-nın nə də ki, TİF-in məsələsi deyil.
Təəssüf ki, nəqliyyatda elə bir sistem yoxdur ki, bank kartları keçərli olsun.Biz hələki bank kartından istifadə edə bilmirik. Yaxın gələcəkdə belə bir məsələnin təşkil edilməsi ilə bağlı artıq AYNA ilə TİF-in görüşü olub. Bu prosesin inteqrasıya olunduğu təqdirdə artıq Tarif Şurası ilə də danışılıb endirimlər təsdiq olunacaq. Və "TələbəPlus" kartı nəqliyyatda da keçərli olacaq",-deyə məlumat verib.