Azedu.az

Regionlarda universitetlərin sayı artsa, ölkənin gələcəyi necə dəyişər?

Tələbələr

Universitetlər

25 Oktyabr 2025, 10:11
Regionlarda universitetlərin sayı artsa, ölkənin gələcəyi necə dəyişər?

 

Regionlarda yeni universitetlərin yaradılması məsələsi yenidən gündəmə gəlib. Mütəxəssislər hesab edirlər ki, regionlarda ali təhsil müəssisələrinin sayının artırılması təkcə təhsil deyil, həm də sosial və iqtisadi baxımdan əhəmiyyətli nəticələrə gətirib çıxara bilər.

AzEdu.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Elçin Mirzəbəyli İTV-yə açıqlama verib.

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcıdır

Deputat bildirib ki, dünyanın bir çox ölkəsində, hətta ən kiçik şəhərlərdə belə universitetlərin fəaliyyət göstərməsi təsadüfi deyil. Onun sözlərinə görə, bu tədris ocaqları yalnız təhsil verməklə kifayətlənmir, eyni zamanda regionların sosial və iqtisadi inkişafında mühüm rol oynayır:

“Bu, həm də sosial məsələdir. Universitetlərin fəaliyyət göstərməsi sosial fəallığın artmasına, insanların dünyagörüşünün dəyişməsinə səbəb olur. Məsələn, qardaş Türkiyədə demək olar ki, hər kiçik şəhərdə belə ali məktəblər mövcuddur. Əgər bir universitetdə 30-40 min tələbə təhsil alırsa, bu artıq həmin regionda reallıqları dəyişir, turizmi canlandırır, yeni iş yerlərinin açılmasına şərait yaradır".

Regionlarda yeni universitetlərin yaradılması ilə bağlı  Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda ölkəmizdə ali təhsil müəssisələrinin sayı və coğrafi yerləşməsi mövcud təhsil tələblərinə cavab verir:

Açıklama yok.

Nazirlikdən vurğulanıb ki, son illərdə ali təhsilin əlçatanlığının artırılması və bölgələrdə təhsil imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb:

“Mövcud universitetlər təhsil və elmi tədqiqat sahələrində geniş imkanlar təqdim edir və regionlarda yüksəkixtisaslı kadr hazırlığına töhfə verir. Hazırda əsas diqqət mövcud universitetlərin potensialının gücləndirilməsinə və keyfiyyətin artırılmasına yönəlib".

Zəngəzur dəhlizi bu tarixdə açılacaq - Kritik AÇIQLAMA
Son xəbərlərDaha çox