Azedu.az

11 tələbənin Prezident təqaüdü dayandırılıb - RƏSMİ

Tələbələr

24 Oktyabr 2025, 12:48
11 tələbənin Prezident təqaüdü dayandırılıb - RƏSMİ

Ötən tədris ilində Prezident təqaüdünə layiq görülmüş tələbələrdən 11 nəfərin 2025/2026-cı tədris ilinin payız semestri üzrə təqaüdünün verilməsi dayandırılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Bakı Ali Neft Məktəbindən (BANM) məlumat verilib.

SOCAR-ın Bakı Ali Neft Məktəbindən bildirilib ki, hazırda Bakı Ali Neft Məktəbində ümumilikdə 90 tələbə Prezident təqaüdünü almaqdadır.

Əlavə olaraq qeyd edilib ki, Prezident təqaüdünün verilməsi və ya dayandırılması tələbələrin hər semestr üzrə akademik göstəricilərinə əsasən müəyyən olunur.

BANM-dan verilən məlumata görə, müvafiq göstəriciləri növbəti semestrdə yaxşılaşdıran tələbələr üçün təqaüdün bərpası nəzərdə tutulur.

Azərbaycan ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.

Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?
Son xəbərlərDaha çox