Azedu.az

Azərbaycan universitetlərinə neçə əcnəbi tələbə qəbul olunub? - SORĞU

Tələbələr

Universitetlər

7 Oktyabr 2025, 09:38
Azərbaycan universitetlərinə neçə əcnəbi tələbə qəbul olunub? - SORĞU

Azərbaycan son illərdə ali təhsil sisteminin beynəlmiləlləşdirilməsinə xüsusi önəm verir. Xarici tələbələrin ölkəmizdə təhsil alması həm təhsil diplomlarımızın tanınmasına, həm də mədəni və elmi mübadilənin genişlənməsinə xidmət edir. Bu istiqamətdə universitetlərdə beynəlxalq əməkdaşlıq layihələri genişlənir, xarici tələbələrin rahat şəkildə təhsil alması üçün şərait yaradılır.

AzEdu.az Azərbaycanda ali təhsil müəssisələrinə bu il qəbul olunan əcnəbi tələbələrin sayını öyrənmək məqsədilə universitetlərə sorğu ünvanlayıb.

Azərbaycan Dillər Universitetindən bildirilib ki, bu il 29 əcnəbi tələbə burada təhsil alacaq.

Xəzər Universitetindən verilən məlumata görə, 58 xarici ölkə vətəndaşı universitetə qəbul olunub.

Azərbaycan İqtisad Universiteti bu il 300-ə yaxın əcnəbi tələbə qəbul edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən sorğuya cavab olaraq qeyd edilib ki, bu il qəbul olunan əcnəbi sayı 53-dür.

Azərbaycan Texniki Universitetinə isə bu il 250 əcnəbi tələbə qəbul olunub.

Bakı Mühəndislik Universitetindən bildirilib ki, proses hələ də davam edir. İlkin say isə 70-80 arasıdır.

Azərbaycan Turizm və Menecment Universiteti bu il 7 əcnəbi tələbəni qəbul edib. Universitetdən verilən məlumata görə, onların 2-si Rusiyadan, 4-ü Gürcüstandan, 1-i isə Qazaxıstandandır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən bildirilib ki, 30 ölkədən 200-dən yuxarı tələbə qəbul edilib. Lakin bu ilkin göstəricidir və proses hələ də davam edir.

Bakı Slavyan Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, bu tədris ilində10 ölkədən 65 əcnəbi tələbə qəbul olunub. Onlar hazırlıq(24), bakalavr(24), magistratura(13) və doktorantura(5) səviyyələrində təhsillərini davam etdirəcəklər.

Tələbələrin universitetə adaptasiyası, yataqxana ilə təminatı və digər zəruri məsələlərdə onlara hərtərəfli dəstək göstərilir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bu il 4 hazırlıq, 5 bakalavr, 3 magistr və 1 doktorantura səviyyəsi üzrə əcnəbi tələbə qəbul edib. 

Bakı Avrasiya Universitetindən verilən məlumata görə, bu il 40 əcnəbi tələbə universitetə qəbul alıb.

Azərbaycan Tibb Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, 218 xarici tələbə qəbul olunub.

Milli Aviasiya Akademiyasından bildirilib ki, hazırda təhsil alan 37 əcnəbi tələbənin 14-ü bu il qəbul olunanlardır.

Rusiya sərsəmlədi - Bakını Ukraynanın taleyi gözləyir
Son xəbərlərDaha çox