Azedu.az

Ekspert: “Tələbələr üçün güzəştli nəqliyyat kartı hazırlanmalıdır”

Tələbələr

30 Sentyabr 2025, 10:08
Ekspert: “Tələbələr üçün güzəştli nəqliyyat kartı hazırlanmalıdır”

Son günlər ictimai nəqliyyatda metro və avtobuslarda gediş haqqının artırılması cəmiyyətdə ciddi rezonansa səbəb olub. Bahalaşma xəbəri xüsusilə tələbələr arasında geniş narazılıqla qarşılanıb.

Onsuz da sosial və iqtisadi baxımdan həssas təbəqəyə daxil olan tələbələr, gündəlik nəqliyyat xərclərinin artmasının onların maddi durumuna birbaşa təsir etdiyini bildirirlər. Təhsil haqqı, yataqxana problemi, gündəlik yaşam xərcləri kimi mövcud çətinliklərin fonunda nəqliyyat tariflərinin yüksəldilməsi bu gənc kütlə üçün əlavə yükə çevrilib.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis Elçin Əfəndiyev qeyd edib ki, ölkədə 350000 nəfərə yaxın peşə, orta ixtisas və ali təhsil istiqamətində təhsil alan tələbə kontingenti var:

"Onların da təxminən 200000 nəfərdən çoxu paytaxtda təhsil alır. 5-6 min nəfəri kənara qoysaq, demək olar ki, əksəriyyəti gündəlik ictimai nəqliyyatdan istifadə edir.

Gediş haqları artırılarkən, ən azı tələbələri düşünmək lazımdır. Bunu düşünməmişiksə, barı tələbələrə ictimai nəqliyyatdan güzəştli istifadə üçün xüsusi kartlar hazırlayaq",- deyə ekspert fikrini yekunlaşıb.

Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə
Son xəbərlərDaha çox