“Bu il magistratura səviyyəsi üzrə 804 nəfər ödənişli təhsildən ödənişsiz təhsilə keçib”.
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin idarə heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.
M.Abbaszadə bildirib ki, hazırda bakalavriat üzrə əmrlərin göndərilməsi prosesi davam edir.
"Bundan sonra Elm və Təhsil Nazirliyi ilə birgə hansı istiqamətlərdə dövlət sifarişli boş yerlərin qaldığını müəyyənləşdirəcək və həmin maliyyə vəsaitinin istifadəsi üçün yerləşdirmə aparılacaq. Dəqiq rəqəmlər müzakirədən sonra açıqlanacaq.
Proses tam şəffaf şəkildə həyata keçirilir və heç kimin hüququ pozulmur. Dövlət maliyyə vəsaiti ayrılıbsa, o, mütləq istifadə olunmalıdır",- deyə o vurğulayıb.