Hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi, 63 orta-ixtisas təhsil müəssisəsi, 87 peşə təhsil müəssisəsi, 4362 orta məktəb, 1872 məktəbəqədər təhsil müəsisəsi fəaliyyət göstərir.
Maraqlıdır, həmin təhsil müəssisələrində neçə nəfər təhsil alır?
Mövzu ilə bağlı AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-2025-ci tədris ili üzrə ümumilikdə 2105046 nəfər təhsil alır.
Belə ki, ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qrupları daxil olmaqla) 1695762 nəfər, peşə təhsili müəssisələrində 87028 nəfər, orta ixtisas təhsili müəssisələrində (xarici ölkələrdən olan tələbələr daxil olmaqla) 63630 nəfər, аli təhsil müəssisələrində və doktoranturada isə (xarici ölkələrdən olan tələbələr daxil olmaqla) 258626 nəfər təhsil alır.
Bu statistika əsasında nəticə olaraq demək olar ki, 2024-2025-ci tədris ilində Azərbaycanda təhsil sisteminin bütün pillələri üzrə təhsil alanların ümumi sayı 2 milyonu keçib.