Azedu.az

Bu il universitetə qəbul olan ən yaşlı tələbələr kimlərdir? - SORĞU

Tələbələr

Universitetlər

23 Sentyabr 2025, 13:15
Bu il universitetə qəbul olan ən yaşlı tələbələr kimlərdir? - SORĞU

Ali təhsil yalnız gənclərin fəaliyyəti ilə məhdudlaşmır. Azərbaycanda ali təhsil müəssisələrində müxtəlif yaş qruplarından tələbələr təhsil alır.

AzEdu.az bu il bakalavr və magistratura pilləsinə qəbul olunan tələbələr arasında ən yüksək yaş həddini öyrənmək məqsədilə universitetlərə sorğu ünvanlayıb.

Bakı Dövlət Universitetindən (BDU) sorğumuza cavab olaraq qeyd olunub ki, 2025-ci ildə BDU-ya qəbul olunan tələbələr arasında ən yüksək yaş həddi 38-dir (təvəllüd 19.08.1987).

Xəzər Universitetdən bildirilib ki, bakalavr pilləsində ən gənc tələbə 2009-cu il, ən yaşlı tələbə 1994-cü il təvəllüdlüdür. Magistraturada isə ən gənc tələbə 2004-cü il, ən yaşlı isə 1984-cü il təvəllüdlüdür.

Azərbaycan Texniki Universitetindən (AzTU) məlumat verilib ki, subbakalavr kimi qəbul olunan Cabarova Aidə Nəqliyyat mühəndisliyi üzrə təhsil alır və 1986-cı il təvəllüdlüdür.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən (ADMİU) sorğumuza cavab olaraq bildirilib ki, Teatr tarixi və nəzəriyyəsi üzrə magistratura pilləsində qəbul olunan ən yaşlı tələbə 50 yaşındadır.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidməti 2025-ci il üzrə qəbul olunanlar arasında ən yüksək yaş həddinin 35 olduğunu bildirib.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bakalavr pilləsinin tələbəsi Abdullayeva Sevinc İsgəndər qızı 47 yaşındadır. Ən yaşlı magistrant Rzayeva Tünzalə Sabir qızı isə 46 yaşındadır.

Lənkəran Dövlət Universitetindən (LDU) verilən məlumata görə, bakalavriat pilləsində təhsil alan ən yaşlı tələbə 1977-ci il, magistrant isə isə 1976-cı il təvəllüddür.

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) üzrə bakalavriatura səviyyəsinə 2025-ildə Qida mühəndisliyi ixtisasına qəbul olmuş ən çox yaşı olan tələbə Əliyeva Aysel Yaşar qızı 40, Sosial iş ixtisası üzrə magistratura səviyyəsinə qəbul almış tələbə Həsənova Aygün Vidadi qızı isə 41 yaşındadır.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox