Azedu.az

“Tələbələri şagird kimi idarə etmək doğru deyil”

Tələbələr

Universitetlər

22 Sentyabr 2025, 12:39
“Tələbələri şagird kimi idarə etmək doğru deyil”

Bu gün tələbələr arasında ən çox müzakirə olunan məsələlərdən biri müəllimlərin bəzən onlara yetkin tələbə kimi deyil, şagird kimi yanaşmasıdır. Belə yanaşma tədris prosesinə fərqli təsirlər göstərə bilər: bəzən sərt nəzarət öyrənməni istiqamətləndirir, dostyana münasibət isə motivasiyanı artırır.

Bəs, tələbənin inkişafı üçün daha səmərəli yol hansıdır - sərt nəzarət, yoxsa dost münasibəti?

AzEdu.az mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev ilə həmsöhbət olub.

168310Müsahibimiz qeyd edib ki, auditoriyanın idarə edilməsi üçün tələbəni sıxmaq əvəzinə onlarla daha yaxın, dost münasibəti qurmaq lazımdır:

"Müasir cəmiyyətimizdə telefon artıq insanların ayrılmaz bir hissəsinə çevrilib. Hətta yanımızda olmadıqda özümüzü narahat və diskonfortlu hiss edirik. Bu, şagirdlərə və tələbələrə də aiddir. Biz nə qədər onları telefondan uzaq tutmağa çalışsaq da, artıq tələbat, tələb və təklif bunun əksini göstərir.

Bu səbəbdən, tələbələri mobil telefonlardan tamamilə uzaqlaşdırmaq əvəzinə, onlara bu vasitələrdən düzgün istifadə etməyi öyrətmək lazımdır. Eyni zamanda, cəmiyyət daxilində də telefonlardan necə düzgün istifadə olunmalı olduğu barədə maarifləndirmə aparılmalıdır. Belə olduqda tələbələr özlərini daha rahat və faydalı hiss edəcək, dərs zamanı narahat olmayacaqlar. Çünki bu gün dərslər klassik və standart dərslər deyil, onlar təhlil, araşdırma və internet materialları üzərində qurulmuşdur".

Tələbələrə şagird kimi yanaşmaq doğru deyil:

"Onlar artıq yetişmiş şəxslərdir və cəmiyyətimizin bir hissəsini təşkil edirlər - gələcəyin müəllimləri, mühəndisləri və digər peşə sahibləridir. Müəllimlər dərs zamanı tələbələrə mobil telefonlardan düzgün istifadə etməyi öyrətməli, bu vasitələrdən öyrənmək üçün istifadə yollarını göstərməlidirlər. Bu yanaşma tələbələrin dərsdə sıxılmamasına, narahat olmamasına və müxtəlif materialları daha yaxşı mənimsəməsinə şərait yaradacaq.

Təəssüf ki, bu gün tələbələr şikayət edirlər ki, bəzi müəllimlər hələ də onlara orta məktəb şagirdləri kimi yanaşır, auditoriyanı idarə etmək üçün tələbəni sıxırlar. Ancaq auditoriyanın idarə edilməsi üçün tələbəni sıxmaq əvəzinə, onlarla daha yaxın, dost münasibətləri qurmaq, dərslərin təşkili və təlim prosesinin keçirilməsi əsas məqsəd olmalıdır".

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox