Azedu.az

Hindistanlı tələbələr Almaniyada vizasız təhsil ala biləcək

Tələbələr

17 Sentyabr 2025, 16:39
Hindistanlı tələbələr Almaniyada vizasız təhsil ala biləcək

Hindistanlı tələbələr üçün Almaniyada təhsil almaq imkanları daha da asanlaşıb. İki ölkə arasında əldə olunan yeni razılaşmaya əsasən, artıq Hindistan vətəndaşları müəyyən akademik proqramlarda iştirak etmək üçün viza haqqı ödəmədən Almaniyaya gedə biləcəklər.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, proqram əsasən qısamüddətli akademik kursları və təcrübə proqramlarını əhatə edir. Bu addım həm Hindistanlı gənclərə daha geniş beynəlxalq təhsil şansı yaratmaq, həm də Almaniyanın xarici tələbələr üçün əlçatanlığını artırmaq məqsədi daşıyır.

Mütəxəssislər hesab edir ki, qərar gələcəkdə Hindistan-Almaniya təhsil əlaqələrini gücləndirəcək və daha çox tələbəni Avropa universitetlərinə cəlb edəcək.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox