Azedu.az

Bu akademiyada təhsil alan tələbələrin əksəriyyəti regionlardan gəlir

Tələbələr

15 Sentyabr 2025, 15:53
Bu akademiyada təhsil alan tələbələrin əksəriyyəti regionlardan gəlir

Müasir dövrdə təhsilin inkişafı və onun regionlar üzrə əlçatanlığı ölkələrin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biri hesab olunur. Əhalinin müxtəlif təbəqələrinin, xüsusilə regionlardan olan gənclərin ali və orta ixtisas təhsilinə cəlb olunması həm fərdi inkişaf, həm də ümummilli tərəqqi baxımından mühüm əhəmiyyət daşıyır.

Özəl ali təhsil müəssisələrində təhsil alan üz tutan daha çox Bakıdan, yoxsa rayonlardan gələn tələbələrdir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına (AƏSMA) sorğu ünvanlayıb.

Akademiyadan sorğumuza cavab olaraq bildirilib ki, 2021-2025-ci illər ərzində Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan şəxslər təhsil məqsədilə qeydiyyatdan keçib:

"Bu dövrdə ümumilikdə 1186 nəfər qeydiyyata alınıb. Bunların 408 nəfəri kişi, 778 nəfəri isə qadındır".

Ən çox tələbə göndərən bölgələr sırasında Bakı şəhəri -305 nəfər (76 kişi, 229 qadın), Sumqayıt şəhəri - 44 nəfər (12 kişi, 32 qadın), İmişli rayonu - 47 nəfər (17 kişi, 30 qadın), Xaçmaz rayonu - 34 nəfər (8 kişi, 26 qadın), Şəki şəhəri - 29 nəfər (13 kişi, 16 qadın), Tovuz rayonu - 27 nəfər (13 kişi, 14 qadın) və Masallı rayonu - 26 nəfər (15 kişi, 11 qadın) yer tutur.

Belə ki, Xocavənd rayonu üzrə 1, Naftalan şəhəri üzrə 1 və Xocalı rayonu üzrə isə 2 nəfər ən az sayda tələbənin üz tutduğu bölgələrdir.Həmçinin Kəngərli, Sədərək, Kəlbəcər, Gəncə, Oğuz, Qax və digər bəzi rayonlar  hər birindən 4 və ya daha az tələbə gəlib.

Ən yüksək faiz nisbətiylə (bölgənin ümumi tələbə sayına nisbətən) İmişli rayonu - 3,96%, Abşeron rayonu -3,88%, Sumqayıt şəhəri -3,71%, Xaçmaz rayonu - 2,87% və Şəki şəhəri - 2,45% təşkil edir.Ən aşağı faizlə nisbətiylə isə Xocavənd rayonu - 0,08%, Naftalan şəhəri - 0,08%,Kəngərli rayonu - 0,17% və Sədərək rayonu üzrə isə  0,17% təşkil edir.

2021–2025-ci illər üzrə şəhər və rayonlardan təhsil almaq məqsədilə qeydiyyatdan keçən şəxslərin statistik təhlili göstərir ki, ölkə üzrə təhsilə maraq ilbəil artmaqdadır. Beş il ərzində ümumilikdə 1186 nəfər (408 kişi və 778 qadın) qeydiyyatdan keçmişdir ki, bu da təhsil sahəsində aktivliyin müsbət dinamikasını nümayiş etdirir.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox